HƏMAS vasitəçilərin atəşkəs təklifini rədd etdi

2-11-2024, 12:24           
HƏMAS vasitəçilərin atəşkəs təklifini rədd etdi
Fələstinin HƏMAS hərəkatı İsraillə müvəqqəti atəşkəs barədə təklifi rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

HƏMAS bəyan edib ki, təklif xalqın təhlükəsizlik, sabitlik, yardım və bərpa ehtiyaclarına cavab vermir.

Bildirilir ki, Misir və Qətər vasitəçiləri bir neçə günlük müvəqqəti atəşkəs sazişi, məhbusların qismən mübadiləsi və humanitar yardımın artırılmasını təklif ediblər.

HƏMAS isə sərhəd-keçid məntəqələrinin tam açılmasını, xüsusilə Misirlə sərhəddə yerləşən Rafah keçid məntəqəsinin adi rejimdə fəaliyyət göstərməsini tələb edib.

Bir neçə gün əvvəl HƏMAS Qətərdə başlayan danışıqlar fonunda Qəzza sektorunda İsraillə razılaşma əldə etməyə açıq olduğunu bildirmişdi. Bu danışıqların məqsədi münaqişəyə son qoymaq və girovların azad olunmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru