İsrail HƏMAS-ın siyasi büro üzvünü öldürüb

2-11-2024, 12:44           
İsrail HƏMAS-ın siyasi büro üzvünü öldürüb
Qəzza sektorunda HƏMAS hərəkatının siyasi büro üzvlərindən biri olan İzzəddin Kəssab öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Məlumata görə, Kassab cənubi Fələstin anklavının Xan Yunis şəhəri yaxınlığında həlak olub.

HƏMAS-ın siyasi büro üzvü İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində həyatını itirib.

İzzəddin Kəssabın Qəzza sektorunda sağ qalan son yüksək vəzifəli HƏMAS siyasi büro üzvlərindən biri olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.