Kolumbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

12-11-2024, 00:09           
Kolumbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib
Kolumbiyada artıq 46 mindən çox ailə daşqınlardan zərər çəkib.
Kolumbiya prezidenti Qustavo Petro yağışların səbəb olduğu daşqınlar səbəbindən ölkə boyu fövqəladə vəziyyət elan edib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Kolumbiyada yağışlı mövsümün dekabrın sonuna qədər davam edəcəyi təxmin edilir. Geniş yayılmış fəlakətin nəticələri ilə mübarizə üçün əsas səylər paytaxt Boqota və Quajira və Çoko departamentlərində cəmlənəcək.

Yerli "El Tiempo" qəzetinin məlumatına görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Bəzi ərazilərdə yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hələlik itkilər barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru