Trampın dolları gücləndirmək üçün atdığı addım bütün dünyanı şoka salacaq - KİV

12-11-2024, 00:07           
Trampın dolları gücləndirmək üçün atdığı addım bütün dünyanı şoka salacaq - KİV
ABŞ seçkilərində qalib gələn Donald Trampın dolları gücləndirmək üçün iqtisadi siyasət yürütmək niyyəti dünyanın qalan hissəsini şoka sala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" yazıb.

"ABŞ dollarının möhkəmlənməsi bütün dünyanı şoka salacaq", deyə nəşr qeyd edib.

Qeyd olunur ki, Trampın iqtisadi siyasəti dolların kəskin bahalaşmasına səbəb ola bilər.

"The Economist" yazır ki, analitiklər və treyderlərin fikrincə, ABŞ şirkətlərinin gəlirləri Trampın yeni administrasiyası dövründə onlara tətbiq edilən vergilərin azalması səbəbindən artacaq. Eyni zamanda, nəşr Federal Ehtiyat Sisteminin yüksək faiz dərəcələrini saxlaya biləcəyini də istisna etmir.

Müəlliflərin fikrincə, dolların məzənnəsinin dəyişməsi iki əsas amil vasitəsilə qlobal iqtisadiyyatı sarsıdır: ticarət və maliyyə. Nəşr xatırladır ki, dünya ticarətinin 40%-dən çoxu - əksəriyyəti Amerika ilə əlaqəli deyil - dollarla aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru