Trampın oğlu gələcək administrasiyadakı vəzifə təklifindən imtina edib
13-11-2024, 10:37
Siyasətçinin oğlunun işləyəcəyi vençur kapitalı şirkəti mühafizəkarlığa meylli şirkətlərə sərmayə qoyur
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp ABŞ-ın yeni administrasiyasında işləməyəcək. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, siyasətçinin oğlunun işləyəcəyi vençur kapitalı şirkəti “mühafizəkarlığa meylli şirkətlərə sərmayə qoyur”.
Agentlik yazır ki, kiçik Donald atasının seçki kampaniyasında fəal rol oynayıb, Ohayo senatoru Ceyms Devid Vensi Respublikaçılar Partiyasının namizədi kimi irəli sürüb. Bundan əlavə, kiçik Tramp siyasətçiyə administrasiyanın gələcək işçilərini “seçilmiş prezidentə sədaqətlərinə görə” yoxlamağa kömək edib.
Kiçik Tramp daha çox atasının şirkəti olan “Trump Organization”da işləyib. Bundan əlavə, siyasətçinin oğlu bu yaxınlarda atası və iki qardaşı ilə birlikdə “World Liberty Financial” kriptovalyuta layihəsində iştirak edib.