İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib

29-11-2024, 09:44           
İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib
İspaniya Milli Polisi Ukraynaya məxsus dronlarda Mərakeşdən ölkəyə narkotik maddələr daşıdığı iddia edilən cinayətkar qrupu zərərsizləşdirib.

TNS xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

“Milli polisin əməkdaşları Alxesirasda (İspaniyanın cənubundakı şəhər - red.) pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia olunan cinayətkar təşkilatı zərərsizləşdiriblər. “Narkodronlar” Ukraynada istehsal olunur, sonra isə avtomobil yolu ilə ölkəmizin cənubuna gətirilirdi”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Avropol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 axtarış aparılıb. Nəticədə 10 nəfər saxlanılıb ki, onlardan 7-si həbs edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 10 kq həşiş daşıya bilən və 50 km-dən çox uçuş məsafəsinə malik əllə düzəldilmiş iri dronlardan istifadə ediblər. Vurğulanır ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru