Tbilisidə Gürcüstanın hakim partiyasının ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasının müvəqqəti dayandırılması ilə bağlı qərarına qarşı etiraz aksiyası keçirilir. Bu barədə TASS məlumat yayıb.
Narazı kütlə hakim "Gürcü Arzusu- Demokratik Gürcüstan" partiyasının mərkəzi ofisinin qarşısında toplaşıblar. Əraziyə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Həmçinin qeyd olunur ki, etiraz aksiyaları Kutaisi və Batumidə də keçirilir.
Qeyd edək ki, Gürcüstan 2028-ci ilə qədər AB-yə üzvlük üzrə danışıqlara başlamaqdan imtina edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə göstərilən müddət bitənə qədər AB-dən büdcə qrantından imtina edir.