Moldova Konstitusiya Məhkəməsi Sandunun yenidən prezident seçilməsini təsdiqləyib

Bu gün, 11:24           
Moldova Konstitusiya Məhkəməsi Sandunun yenidən prezident seçilməsini təsdiqləyib
Moldova Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib və seçilmiş prezident Mayya Sandunun mandatını tanıyıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Dominika Manole "RİA Novosti"yə açıqlamasında bildirib.

Məhkəmə iclası ciddi qanun pozuntularının olduğunu iddia edərək nəticələrin yenidən nəzərdən keçirilməsini tələb edən Sosialistlər Partiyasının etirazı fonunda keçirilib.

“3 noyabr 2024-cü ildə keçirilən Moldova prezident seçkilərinin nəticələrini təsdiq etmək və Mayya Sandunun prezident seçilməsini tanımaq haqqında qərar qəbul edilib”,-deyə Manole qeyd edib.

Onun sözlərinə görə, məhkəmənin qərarı yekun xarakter daşıyır və şikayət edilə bilməz. Qərar qəbul edildiyi gün qüvvəyə minib.

Qeyd edək ki, 9 noyabrda Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqləyərək hazırkı dövlət başçısı Mayya Sandunun qələbəsini elan etmişdi. Seçkilərin nəticələrinə görə, Sandu səslərin 55,33%-ni, Sosialistlər Partiyasının müxalifət namizədi Aleksandr Stoyanoglo isə 44,67%-ni qazanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.