Ukrayna gələn il döyüş əməliyyatları üçün 126 milyard dollar yardıma ehtiyac duyacaq

3-12-2024, 11:50           
Ukrayna gələn il döyüş əməliyyatları üçün 126 milyard dollar yardıma ehtiyac duyacaq
Gələn il Ukrayna müttəfiqlərindən təxminən 126 milyard dollar həcmində hərbi yardıma ehtiyac duyacaq.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Ukrayna hökumət qulluqçusuna istinadən yazır.

"Ukrayna məmurlarından biri bildirib ki, təkcə gələn il Kiyev hərbi yardım olaraq təxminən 120 milyard avro və ya 126 milyard dollar məbləğində vəsaitə ehtiyac duyacaq", - məqalədə qeyd olunub.

Daha əvvəl KİV ABŞ-nin Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar məbləğində növbəti silah paketi göndərməyə hazırlaşdığını bildirmişdi. ABŞ Prezidenti Cozef Bayden Ağ Evdən getməzdən əvvəl Kiyevə maksimum dəstək göstərməyi qərara alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.