2025-ci il Yer kürəsinin ən isti beş ilindən biri olacaq

7-02-2025, 12:28           
2025-ci il Yer kürəsinin ən isti beş ilindən biri olacaq
Ekspertin fikrincə, La-Ninyanın soyuq mərhələsi atmosfer proseslərinə ciddi təsir göstərməyəcək.
2025-ci ilin planetin ən isti illəri arasında olmaq şansı yüksəkdir və ilk üç-beş il arasında yer ala bilər.
Bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə bildirib.
Ekspert qeyd edib ki, bəzi proqnozlar hətta cari il üçün ikinci mövqeni təklif edir. Bununla belə, Vilfandın fikrincə, daha dəqiq hesablamalar ilin ortalarına yaxın bəlli olacaq.
Ekspert onu da vurğulayıb ki, La-Ninyanın soyuq mərhələsi atmosfer proseslərinə ciddi təsir göstərməyəcək.
Bundan əvvəl alimlərin Yerin "pis əkizi" ola biləcək ekzoplanet kəşf etdikləri barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru