ABŞ-də "TikTok" tətbiqi "App Store" və "Google Play"ə qayıtdı

14-02-2025, 16:46           
ABŞ-də "TikTok" tətbiqi "App Store" və "Google Play"ə qayıtdı
ABŞ-də "TikTok" mobil tətbiqi yenidən "Apple" və "Google" əməliyyat sistemlərində əlçatan olub.

Bu barədə TASS agentliyi xəbər verib.

Qeyd olunub ki, "TikTok" tətbiqinin əməliyyat sistemlərinə qayıtması ABŞ-nin baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.

Xatırladaq ki, ABŞ-də yanvarın 19-dan qoyulan qadağa çərçivəsində "TikTok" tətbiqi "App Store" və "Google Play"in əməliyyat sistemindən çıxarılmışdı.

Yanvarın 20-də inaqurasiyadan sonra isə Donald Tramp ABŞ-də platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ "TikTok"un yarısına sahib olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru