Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb

18-02-2025, 10:22           
Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb
ABŞ hərbçiləri Suriyada "Əl-Qaidə" terror qruplaşmasının başçılarından birini məhv ediblər.

Oxu.Az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Son həftəsonu ABŞ qoşunları Suriyada "Əl-Qaidə" üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endirib. Terrorçuların başçısı bütün region boyu "Əl-Qaidə" ilə əməkdaşlıq edirdi", - D.Tramp yazıb.

D.Tramp, həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru