Səudiyyə Ərəbistanı: Dialoq Rusiya və ABŞ-ın yaxınlaşmasına kömək edəcək

19-02-2025, 00:11           
Səudiyyə Ərəbistanı: Dialoq Rusiya və ABŞ-ın yaxınlaşmasına kömək edəcək
Səudiyyə Ərəbistanı rəhbərliyi Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqların iki ölkənin mövqelərinin yaxınlaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Danışıqlar Krallığın sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışması çərçivəsində aparılıb və bu inam əsasında aparılıb ki, dialoq bütün beynəlxalq münaqişələri həll etmək, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasına təsir edəcək müsbət nəticələrə nail olmaq yönündə hər iki tərəfin mövqelərini yaxınlaşdırmaq üçün yeganə yoldur”, - deyə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən "X" sosial şəbəkə platformasıda yayılan məlumatda qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.