“Fransa Prezidenti Emanulel Makronun son nitqində çoxlu yalanlar var idi. Biz keçmiş prezident Fransua Ollandın da bəyanatını xatırlayırıq. Heç kim Minsk razılaşmasını ciddi qəbul etmir”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Fransanın çoxlu yalanlar danışdığını və bir çox razılaşmaları, o cümlədən Minsk razılaşmalarını yerinə yetirmədiyini bildirib:
“Deməli, digər ölkələr kimi Fransa da öz zəmanətlərini yerinə yetirməyib. Bu yalan deyildi? Yalan idi, çox doğru yalan. Cənab Makron da bu barədə heç nə demədi”.