Əş-Şaraa Əsədin silahlı tərəfdarlarına çağırış etdi

9-03-2025, 10:44           
Əş-Şaraa Əsədin silahlı tərəfdarlarına çağırış etdi
Suriyanın keçid dövründəki lideri Əhməd əş-Şaraa ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarını silahı yerə qoymağa çağırıb.

Bu barədə Oxu.Az onun dəftərxanasının rəsmi "Telegram" kanalına istinadla xəbər verir.

O vurğulayıb ki, yeni hakimiyyət süqut etmiş rejimin qalıqlarını təqib edəcək və xalqa hücumu davam etdirənlər ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.

Xatırladaq ki, martın 6-da ölkənin Tartus, Hüms və Əl-Laziqiyyə bölgələrində təhlükəsizlik qüvvələri və B.Əsədin tərəfdarlarının silahlı qrupları arasında toqquşmalar başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru