ABŞ İranla əlaqəli şirkətlərə qarşı sanksiyaları genişləndirir

14-03-2025, 11:14           
ABŞ İranla əlaqəli şirkətlərə qarşı sanksiyaları genişləndirir
ABŞ İranla əlaqəsi olan 13 gəmiyə sanksiya tətbiq edib. Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları genişləndirib və Tehranla əlaqəsi olan müxtəlif ölkələrin fiziki şəxsləri, şirkətləri və gəmilərinə məhdudiyyətlər qoyub.

Bu barədə İnterfaks məlumat verir.

Sanksiyalar Çin, BƏƏ, Sinqapur, İndoneziya, Liberiya, Seyşel adaları, Banqladeş və Marşal adalarında qeydiyyatdan keçmiş 17 şirkətə təsir edib. Bundan əlavə, bir İran vətəndaşına məhdudiyyət qoyulub.

Bundan başqa İran, Panama, Kamerun, İndoneziya, Palau, Barbados, San Marino və Honq Konq bayraqları altında üzən 13 gəmi də sanksiya siyahısına əlavə edilib.

Fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, Vaşinqton İran hakimiyyətinə nüvə silahı yaratmağa icazə verməyəcək. O xatırladıb ki, Ağ Ev rəhbəri bu yaxınlarda İrana maksimum təzyiq haqqında fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru