Merkel koronavirus məlumatlarını gizlətməkdə ittiham olunur

14-03-2025, 15:34           
Merkel koronavirus məlumatlarını gizlətməkdə ittiham olunur
Almaniyanın keçmiş kansleri Angela Merkel koronavirusun mənşəyi ilə bağlı məlumatları gizlətmək ittihamlarını rədd edib.

Demokrat.az xəbər verir ki, bu keçmiş kanslerin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, Merkelin dövründə hökumətin işi ilə bağlı məlumatları ehtiva edən rəsmi sənədlər onun kabinetində deyil, Federal Kansleriyada saxlanılır.

Bir gün əvvəl Süddeutsche Zeitung və Die Zeit qəzetləri Almaniyanın Federal Kəşfiyyat Xidmətinin 2020-ci ildə koronavirus pandemiyasının Wuhandakı "laboratoriya qəzası" nəticəsində yarandığını müəyyən etdiyini bildirdi.

Müəlliflər iddia ediblər ki, kəşfiyyat rəhbəri Bruno Kahl bu barədə Merkelin ofisini şəxsən məlumatlandırıb, lakin o, məlumatı gizli saxlamaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru