Çində donuz böyrəyi uğurla insana köçürülüb

18-03-2025, 10:34           
Çində donuz böyrəyi uğurla insana köçürülüb
Son mərhələdə böyrək çatışmazlığından əziyyət çəkən 69 yaşlı qadına genə uyğunlaşdırılmış donuz böyrəyi uğurla transplantasiya edilib.

Demokrat.az xəbər verir ki, əməliyyatı Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri Tibb Universitetinin Xijing Hospitalının mütəxəssisləri həyata keçirib.

Tibb qrupunun rəhbəri Dou Kefengin sözlərinə görə, növlərarası transplantasiya donor orqanların çatışmazlığı probleminin mühüm həlli ola bilər və bir çox xəstələrə yeni ümidlər verə bilər. Əvvəllər həftədə üç dəfə dializ (qan filtrasiyası) keçirən xəstə donor orqanlarının çatışmazlığı səbəbindən xəstəliyinin irəlilədiyini görüb.

Əməliyyat martın 6-da həyata keçirilib. Qan axını birləşdirildikdən sonra transplantasiya edilmiş böyrək təbii çəhrayı rəng alıb və öz funksiyasını yerinə yetirməyə başlayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru