Livan prezidenti orduya Suriya ilə bağlı əmr verdi: Atəş açın

Bu gün, 15:34           
Livan prezidenti orduya Suriya ilə bağlı əmr verdi: Atəş açın
Suriya ilə şimal və şərq sərhədlərindən açılan istənilən atəşə dərhal cavab veriləcək.
Bu barədə Livan prezidenti Cozef Aun göstəriş verib.

Prezident bildirib ki, Livan hökuməti sərhəd bölgələrində silahlı qarşıdurmaların davam etməsinə imkan verməyəcək. Bu qərar, Livan və Suriya hərbi qüvvələri arasında son günlər gərginliyin artması və silahlı toqquşmaların baş verməsi fonunda alınıb.

Məlumatlara görə, son 24 saat ərzində Suriya ordusu ilə Livan əsgərləri arasında bir neçə dəfə atışma qeydə alınıb, bu da sərhəddə vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Livan ordusuna isə gələcəkdə sərhədi pozan hər hansı hücuma dərhal və adekvat cavab vermək tapşırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.