Serbiya hökuməti istefaya göndərildi

20-03-2025, 09:24           
Serbiya hökuməti istefaya göndərildi
Serbiya Milli Assambleyasının bugünkü iclasında Baş nazir Milos Vuçeviç və hökumətin istefası təsdiq olunub.
Ajans.az xəbər verir ki, assambleyanın sədri Ana Brnabiç yeni hökumətin formalaşdırılması prosesinin martın 20-də başlayacağını bildirib. Qeyd edib ki, yeni hökumətin formalaşdırılması üçün son tarix aprelin 18-dir. Bu baş verməzsə, ölkə başçısının parlamenti buraxmaq və parlament seçkilərini təyin etmək hüququ var.

Xatırladaq ki, keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa vermişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru