Tramp “Tesla”ya zərər verməyə çalışanları 20 ilə qədər həbslə hədələyib
Bu gün, 10:34
ABŞ prezidenti Donald Tramp bildirib ki, avtomobil istehsalçısı “Tesla”ya qarşı təxribat törətməkdə təqsirli bilinən şəxslər 20 ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.
O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Teslaya qarşı təxribat edərkən yaxalanan insanların 20 ilə qədər həbsxanaya düşmək şansı çox yüksək olacaq və buna sponsorları da daxildir. Biz səni axtarırıq”, – ABŞ prezidenti yazıb.