Çinli tədqiqatçılar Asiyada yeni zəlzələlər riski barədə xəbərdarlıq ediblər

7-04-2025, 12:38           
Çinli tədqiqatçılar Asiyada yeni zəlzələlər riski barədə xəbərdarlıq ediblər
Çinli seysmoloqlar Çin və ətraf bölgələrdə zəlzələlərin baş vermə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son həftələrdə qeyri-sabit tektonik vəziyyət müşahidə olunur və bu, güclü zəlzələlərə səbəb ola bilər.

Bu xəbərdarlıq, regionda daha güclü monitorinq və mümkün fövqəladə hallar üçün hazırlıqların görülməsinə səbəb olub.

Yaxın həftələrdə əlavə araşdırmaların və proqnozların aparılacağı, bununla da risklərin daha dəqiq qiymətləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Myanmada baş vermiş zəlzələnin nəticəsində həlak olanların sayı 3564 nəfərə çatıb, 5012 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru