Yaponiyada düyü böhranı dərinləşir: Bir kisə düyü 160 dollara çatıb...
9-04-2025, 07:54
Yaponiyanın ənənəvi mətbəxində mühüm yer tutan düyü istehsalı son dövrlərdə baş verən iqlim hadisələrindən mənfi təsirlənib.
Demokrat.az xəbər verir ki, buna cavab olaraq, Tokio hökuməti artan qiymətləri kompensasiya etmək üçün fevral ayında təqribən 210 min tonluq düyünü ehtiyatı buraxıb. Milli mətbuatda yer alan xəbərlərə görə, hökumətin bu addımına baxmayaraq, ölkə daxilində düyü qiymətləri artmaqda davam edir.
Məlumata görə, ölkədə 60 kiloqramlıq torbanın orta qiyməti iki il əvvəllə müqayisədə 55 faiz artaraq 160 dollara çatıb.
Təxminən bir əsrdir fəaliyyət göstərən düyü dükanının sahibi Hattori Jun NHK dövlət televiziyasına bildirib ki, buraxılan məhsuldan yararlana bilməyiblər və yetəri qədər ehtiyatları yoxdur.