Donald Trampın sərvəti 500 milyon dollar azalıb

9-04-2025, 09:44           
Donald Trampın sərvəti 500 milyon dollar azalıb
ABŞ prezidenti Donald Trampın sərvəti yeni gömrük rüsumlarının tətbiqindən sonra 500 milyon dollar azalıb.
Bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın ümumi sərvəti 4,7 milyard dollardan 4,2 milyard dollara enib. Bu azalma əsasən ona məxsus şirkətlərin səhmlərinin dəyərinin düşməsi ilə əlaqələndirilir.

"Trump Media and Technology Group" şirkətinin səhmləri 8% ucuzlaşaraq, 170 milyon dollarlıq kapital itkisi ilə üzləşib. Bundan əlavə, Trampın daşınmaz əmlak və xidmət sahəsindəki aktivləri də zərər görüb.

Qeyd edək ki, Tramp 4 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb. Universal 10%-lik tariflər artıq 5 apreldə qüvvəyə minib, fərdi tariflərin isə 9 apreldə qüvvəyə minməsi planlaşdırılır. Həmçinin, 3 apreldən etibarən ABŞ-yə idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru