Yunanıstanda fəhlə və məmurlar 24 saatlıq tətilə başlayıb

10-04-2025, 10:18           
Yunanıstanda fəhlə və məmurlar 24 saatlıq tətilə başlayıb
Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən yaşayış bahalığına qarşı tədbir görməyi tələb edərək 24 saatlıq tətilə başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tətil Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə başlayıb.

Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Dəmir yolu və dəniz nəqliyyatı tamamilə dayanıb, qatarların hərəkəti ləğv edilib. Hava limanlarında uçuşlar təxirə salınıb.

Tətil çərçivəsində paytaxt Afinada nümayiş olub. Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısında yürüş keçirib.

Təqaüdçülər 2009-cu ildə başlayan iqtisadi böhran zamanı ləğv edilən 13 və 14-cü maaş sisteminin bərpasını tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru