Yeni animasiya "Netflix"in ən çox baxılan filmi oldu
Bu gün, 12:18
"K-Pop Demon Hunters" musiqili animasiyası "Netflix" tarixində ən çox izlənilən film olub.
Bu barədə "Deadline" məlumat yayıb.
Məlumata görə, film platformadakı bütün əvvəlki hitləri geridə qoyub.
Təkcə avqustun 18-dən 24-dək "Netflix" striminq xidmətində filmə 25,4 milyon baxış olub. İyunun 20-dəki premyeradan bu yana isə ümumi baxış sayı 236 milyona çatıb.
Teleseriallar kateqoriyasında isə həftənin lideri "Wednesday" serialı olub. Filmin ikinci mövsümü artıq 13,4 milyon baxış toplayıb.