Britaniya 2027-ci ilin iyulunadək bir sıra malların idxalına rüsumları ləğv edib

14-04-2025, 15:44           
Britaniya 2027-ci ilin iyulunadək bir sıra malların idxalına rüsumları ləğv edib
Böyük Britaniya hökuməti elektromobil batareyalarından meyvə şirələrinədək 89 adda malın idxal rüsumlarını ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi fonunda yerli şirkətləri dəstəkləmək üçün ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qeyd olunub ki, idxal rüsumlarının ləğvi 2027-ci ilin iyuluna qədər qüvvədə olacaq. Britaniya iqtidarının məlumatına görə, rüsumların ləğvi şirkətlərə ildə təxminən 17 milyon funt (22 milyon dollar) qənaət etməyə imkan verəcək.

Daha öncə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən rüsumların tətbiqi səbəbindən qloballaşma dövrünün başa çatdığını bəyan etmişdi.


Xatırladaq ki, aprelin 2-də Prezident Tramp idxala yeni rüsum sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üçün 10 % təşkil edəcək, ayrı-ayrı ölkələr üçün isə bu dərəcə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34 %, Vyetnam üçün 46 % və Avropa İttifaqı üçün 20 %.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru