HƏMAS rəhbərliyinin iki üzvü Livan ordusu tərəfindən saxlanılıb

16-04-2025, 12:06           
HƏMAS rəhbərliyinin iki üzvü Livan ordusu tərəfindən saxlanılıb
Livan ordusunun xüsusi xidməti aprelin 15-də ölkənin cənubunda yerləşən Sayda şəhərində əməliyyat keçirib və Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin iki üzvünü saxlayıb.

Bu barədə "Janoubia" xəbər portalı məlumat verib, lakin saxlanılanların adlarını qeyd etməyib.

Portalın məlumatına görə, Cənubi Livan ərazisindən İsrailə qarşı silahlı hücumların həyata keçirilməsi ilə əlaqəli fələstinlilərin həbs edilməsi ilk hadisə deyil. Daha əvvəl respublikanın silahlı qüvvələrinin komandanlığı Bekaa vadisində və Suriya sərhədində Fələstin cəbhələrinin altı hərbi bazasını bağlayıb, orada olan texnika və döyüş sursatları müsadirə edilib.

Aprelin 4-də İsrail Hərbi Hava Qüvvələrinin qırıcısı Saydaya hücum edib, bu hücum nəticəsində HƏMAS-ın Livanın cənubundakı birləşmələrinin komandiri Həsən Fərhət məhv edilib.

2024-cü il yanvarın 2-də Beyrutun cənub ətrafında İsrail pilotsuz təyyarəsinin zərbəsi nəticəsində HƏMAS-ın Siyasi Bürosunun müavini Saleh əl Aruri öldürülüb.

Livanda daxili muxtariyyətdən istifadə edən 12 Fələstin qaçqın düşərgəsi var, fələstinlilərin ümumi sayı 450 min nəfər təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.