Yaponiyada silsilə partlayışlar törədilib: ölən və yaralananlar var - YENİLƏNİB

23-10-2016, 11:43           
Yaponiyada silsilə partlayışlar törədilib: ölən və yaralananlar var - YENİLƏNİB
Bu gün Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

***
08.57

Bu gün Yaponiyanın Totiqi əyalətindəki Utsunomiya şəhərində partlayış baş verib.

APA məlumatına görə, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Partlayış avtomobil dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

Yaralılardan birinin durumu ağırdır. Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru