ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çin mallarına qarşı gömrük rüsumlarını azaldacağını bildirib.
TASS xəbər verir ki, lakin o, istənilən halda tarif dərəcəsinin sıfır olmayacağını vurğulayıb:
"145 faiz (hazırda ABŞ-nin Çin mallarına qarşı tətbiq etdiyi məcmu tariflər - red.) çoxdur, onlar belə yüksək qalmayacaq. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcək, lakin sıfır olmayacaq".