Hindistan əsas sərhəd postunu bağlayır, Pakistandakı səfirlik işçilərini ixtisar edir

24-04-2025, 12:34           
Hindistan əsas sərhəd postunu bağlayır, Pakistandakı səfirlik işçilərini ixtisar edir
Hindistan Cammu və Kəşmir ərazisindəki terror aktından sonra Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini bağlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri keçirdiyi brifinqdə bildirib.

"Atari" sərhəd-keçid məntəqəsi dərhal bağlanacaq", - V.Misri deyib.

Onun sözlərinə görə, Hindistan hakimiyyəti insidentdən sonra İslamabaddakı səfirliyi və Pakistanın Yeni Dehlidəki diplomatik missiyasının işçilərinin sayını demək olar ki, iki dəfə azaldır: "Səfirliklərin ümumi sayı 2025-ci il mayın 1-nə qədər həyata keçirilməli olan əlavə ixtisarlar vasitəsilə 55 nəfərdən 30 nəfərə endiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru