Polşa Rusiyaya görə qırıcılarını havaya qaldırdı

Bu gün, 10:18           
Polşa Rusiyaya görə qırıcılarını havaya qaldırdı
Polşa Hərbi Hava Qüvvələri (HHQ) Ukraynada Rusiyanın artan fəaliyyəti səbəbilə qırıcı təyyarələri havaya qaldırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Polşa HHQ-nin operativ komandanlığı məlumat yayıb.

“Polşa və müttəfiqlərinin aviasiyasının hava məkanımızda tətbiqinə başlanılıb. Mövcud prosedurlara uyğun olaraq, Silahlı Qüvvələrin növ üzrə operativ komandanı onun sərəncamında olan bütün qüvvə və vasitələri işə salıb”, – deyə bəyanatda qeyd olunub.

Polşa hərbçiləri əlavə ediblər ki, görülən tədbirlər həssas bölgələrlə sərhəddə yerləşən ərazilərin təhlükəsizliyini təmin etməyə yönəlib.

Xatırladaq ki, aprelin 6-da da Polşa hava qüvvələri havaya qaldırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.