Papa Fransiskin son ianəsi: Roma uşaq həbsxanasına 200 min avro bağışlayıb

25-04-2025, 16:18           
Papa Fransiskin son ianəsi: Roma uşaq həbsxanasına 200 min avro bağışlayıb
Dünyadakı katoliklər Papa Fransiskin yasını tutduqca, ruhani liderin son günləri ilə bağlı təfərrüatlar ortaya çıxmağa davam edir.

İndex.az xəbər verir ki, rəhbərliyi dövründə imkansız qrupların ürəyində xüsusi yer tutduğunu dəfələrlə nümayiş etdirən Fransiskin son ianəsini İtaliyanın paytaxtı Romadakı uşaq həbsxanasına etdiyi açıqlanıb.

Romada xeyriyyəçilik və həbsxana xidmətlərindən məsul olan Monsenyor Benoni “Don Ben” Ambarus İtaliya mətbuatına verdiyi açıqlamada Papanın ölümündən əvvəl “Casal del Marmo” adlı yeniyetmələr üçün həbsxanada fəaliyyət göstərən makaron fabrikinə şəxsi hesabından 200 min avro bağışladığını bildirib.

Bu müəssisədə əsasən 18 yaşına çatmamış gənc məhbuslar və ya sınaq müddətində olan gənclər yerləşdirilir. Həbsxananın məqsədi təkcə cinayət törətmiş gəncləri cəzalandırmaq deyil, həm də onların cəmiyyətə inteqrasiyası üçün reabilitasiya və peşə təhsili verməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru