Sürət həvəskarı yapon polisinə yarış avtomobili hədiyyə etdi

Bu gün, 10:29           
Sürət həvəskarı yapon polisinə yarış avtomobili hədiyyə etdi
Yaponiyanın Mie prefekturasının polisi "Acura NSX" yarış avtomobilinə sahib olub. Bu hədiyyəni hüquq-mühafizə orqanlarına daşınmaz əmlak şirkətinin rəhbəri və avtoidman həvəskarı 43 yaşlı Toşiya Kobayaşi təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Drive" portalı yazıb.

"Acura NSX" "Honda" tərəfindən istehsal olunan ikioturacaqlı, arxa mühərrikli, arxa ötürücülü superkardır. V6 3.5 mühərrik bloku 581 at gücü istehsal edir. Maksimal sürəti 306 km/saatdır. Modifikasiyalı belə avtomobilin qiyməti təxminən 180 min dollardır.

Qeyd edək ki, Mie prefekturasında dünyaca məşhur "Suzuka Circuit" avtodromu yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.