Zelnskiy Papa Fransisklə vida mərasiminə getməyə bilər

Bu gün, 09:44           
Zelnskiy Papa Fransisklə vida mərasiminə getməyə bilər
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, əgər çox məşğul olsa, Papa Fransisklə vida mərasiminə getməyə bilər.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Əgər Romaya çatmasam, Ukrayna orada yenə də yüksək səviyyədə təmsil olunacaq”, – deyə nəşr onun sözlərini sitat gətirib.

Zelenskinin sözlərinə görə, onun üçün Kiyevdə qalmaq önəmlidir, çünki “hərbi iclaslar planlaşdırılır, onlardan biri hava hücumundan müdafiəyə həsr olunacaq”. Mərasimdə Ukraynanı birinci xanım Yelena Zelenskaya və xarici işlər naziri Andrey Sibiga təmsil edə bilər.

Bundan əvvəl “La Repubblica” qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Ukrayna hakimiyyəti Roma Papası ilə vida mərasimi günü Londondan, Parisdən və Vaşinqtondan olan nümayəndələrlə görüş keçirməyə çalışır. Məlumata görə, görüşdə britaniyalı, fransız və amerikalılarla yanaşı, italiyalı və alman nümayəndələr də iştirak edəcəklər. Almaniya nümayəndə heyətinə isə vəzifədən getməyə hazırlaşan kansler Olaf Şolts başçılıq edə bilər.

“La Repubblica”nın əlavə etdiyi məlumata görə, İtaliya tərəfi bu sammit ideyasını tənqid edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.