ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı

26-04-2025, 16:24           
ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı
ABŞ-li demokrat senator Con Fetterman Prezident Donald Trampı Tehranla danışıqların üçüncü raundu ərəfəsində İranın nüvə obyektlərini bombalamağa və məhv etməyə çağırıb. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə senator "Washington Free Beacon" nəşrinə müsahibəsində deyib.

"Onilliklər ərzində regionda sabitliyi pozan rejimlə danışıqlar aparmaq mümkün deyil və mən hesab edirəm ki, İranın nüvə obyektlərini hədəfə alaraq və onları məhv edərək, bizim indi bunu etmək üçün böyük imkanımız var", - deyə Con Fetterman bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru