Fransada dünyanın ən uzun tortu bişirildi FOTO

26-04-2025, 15:38           
Fransada dünyanın ən uzun tortu bişirildi  FOTO
Fransada şirniyyat həvəskarları 121.8 metr uzunluğunda və 1.2 ton çəkidə nəhəng çiyələkli tort hazırlamaqla yeni dünya rekorduna imza atıblar.

Bu barədə mk.ru məlumat yayıb.

Bu "şirin" rekord Yusif Əl-Qatunun rəhbərliyi ilə 20 nəfərlik aşpaz komandası tərəfindən hazırlanıb. Tortun hazırlanmasına 4 min ədəd yumurta, 350 kq çiyələk, 150 kq şəkər tozu və 415 kq qaymaq sərf olunub.

Nəhəng desertin hazırlanması bir həftə davam edib. Tort buz meydanında sərgilənib və hər kəsə onu dadmaq imkanı yaradılıb.

Ən çətin hissə isə, aşpazlardan birinin sözlərinə görə, kremin isidilməsi üçün qızdırılmalı olan qabın temperaturunu düzgün tənzimləmək olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru