Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
Bu gün, 08:44
Avropa liderləri Ukrayna Prezidenti Vlodimir Zelenskinin dəvətinə baxmayaraq, mayın 9-da Kiyevə gəlməyəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Qeyd edək ki, Zelenski mayın 9-da Avropa ölkələrinin liderlərini Ukrayna paytaxtına dəvət etmişdi. Məqsəd “Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə fonunda Avropanın güc nümayişi" idi. Nəşr yazır ki, həmin gün Polşanın Baş naziri Donald Tusk Emmanuel Makronla təhlükəsizlik sazişi imzalamaq üçün Fransaya səfər edəcək.