Şimali Koreya Rusiyaya əsgər göndərib - TƏSDİQLƏNDİ

30-04-2025, 08:38           
Şimali Koreya Rusiyaya əsgər göndərib - TƏSDİQLƏNDİ
Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.
Bu barədə Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından məlumat verilib.
Bildirilib ki, imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Rusiyaya qoşun yeridildiyi açıqlanıb.
Şimali Koreya əsgərlərinin Kursk vilayətində qəhrəmancasına uğur qazandığı bildirilən bəyanatda bu ifadələr yer alıb:
"Rusiyanın Ukraynaya avantürist işğalını dəf etmək üçün həyata keçirilən Kursk vilayətinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatıb. Silahlı qüvvələrimiz yüksək döyüş ruhunu və hərbi xasiyyətini tam şəkildə ortaya qoyub, hərbi xasiyyətini və əzmkarlığını nümayiş etdirib. Bizim silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru