“Hokka Mokka”da müştərilərdən “card to card” sistemi ilə ödəniş qəbul edilir?
Bu gün, 16:16
“Hokka Mokka” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əzizov Fərid Kamil oğlu olan MMC-də operativ vergi nəzarəti həyata keçirilib. Ötən ilin 19.07.2024-cü ildə yaradılan “Hokka Mokka” şirkəti barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 3000 manat maliyyə sanksiyası tətbiq olunub. Qeyd edək ki, şirkət “Hokka Mokka” restoranlar şəbəkəsi əmtəə nişanı altında fəaliyyət göstərir.