Son 5 ildə mobil operatorların gəlirləri 230 milyon manat artıb - CƏDVƏL
Bu gün, 17:24
Son illərdə informasiya və rabitə sahəsində, xüsusən mobil telefon rabitəsi üzrə gəlirlər davamlı artım göstərir. Belə ki, cari ilin yanvar-avqust aylarında bu sahədən əldə olunan gəlirlər 825,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə mobil rabitə gəlirlərində 25 milyon manat və ya 3,12% artım müşahidə olunub.
Valyuta.az xəbər verir ki, əvvəlki illərə nəzər salsaq, 2024-cü ilin yanvar-avqust aylarında bu sahədə gəlirlər 800 milyon 9 min manat səviyyəsində olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu, 43,5 milyon manat və ya 5,74% artım deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında mobil telefon xidmətlərindən əldə olunan gəlirlər 757,4 milyon manat təşkil edib ki, bu da 2022-ci il ilə müqayisədə 81,6 milyon manat və ya 12,07% artım deməkdir.
2022-ci ildə bu sahədən gəlirlər 675,8 milyon manat olub. 2021-ci il ilə müqayisədə 37,7 milyon manat və ya 5,90% artım qeydə alınıb.
2021-ci ildə mobil telefon rabitəsi üzrə gəlirlər 638,1 milyon manat təşkil edib. 2020-ci illə müqayisədə 43,1 milyon manat və ya 7,24% artım müşahidə olunub.