Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA

Bu gün, 17:58           
Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Məlum olduğu kimi, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb.

MSK-nın səlahiyyət müddəti 5 il olduğundan gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək.

25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür. Sezar pizza

TEREF Bakıvaxtı.az-a istinadla xəbər verir ki, komissiyanın yeni sədri Rövzət Qasımov olacaq.

Qeyd edək ki, Rövzət Qasımov 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir.

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Komissiya sədrinin müavinidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru