Böhran qapıda: Britaniyada gündəlik su sərfini 20 litr azaltmaq təklif edilir
Bu gün, 17:58

Britaniya hökuməti su istehlakını gündə adambaşına təxminən 20 litr azaltmaq zərurətini açıqlayıb.
Bu barədə "Sky News" nəşri məlumat verib.
Qeyd olunub ki, əks halda, 2050-ci ilə qədər İngiltərədə su çatışmazlığı gündəlik beş milyard litrə çatacaq.
Britaniyada artıq uzun illərdir bütün ailə üzvlərinin növbə ilə eyni vannada çimmək ənənəsinə baxmayaraq, hökumət bu qənaətdən razı deyil. Evlərdə qənaətli duş kabinələrinin və unitazların quraşdırılması təklif edilib.
Bu, İngiltərənin beş bölgəsinin payızın gəlməsinə rəğmən, quraqlıqla mübarizə apardığı bir vaxta təsadüf edir.
Nəşr bildirir ki, Krouli şəhər şurası ev tikintisinə mane olan amillərdən biri kimi su qıtlığını göstərərək, "mənzillə bağlı fövqəladə vəziyyət" elan edib. Hartismer və Kembricdə isə eyni səbəbdən - su təchizatı problemlərinə görə 2033-cü ilə qədər yeni qeyri-yaşayış binalarının tikintisi qadağan edilib.
Hökumət 2050-ci ilə qədər ev təsərrüfatlarında su istehlakının adambaşına gündəlik 137 litrdən 110 litrə endirilməsi üzrə genişmiqyaslı proqram qəbul etmək niyyətindədir. Buraya evlərdəki tualetlərdə sifonlara yağış sularının yığılması da daxildir.
Hökumət ekspertləri iddia edirlər ki, bir vaxtlar ingilislərin çox qorxduğu su böhranı artıq gəlib çatıb.