Buffett 17 ildən sonra BYD səhmlərini satdı

Bu gün, 16:14           
Buffett 17 ildən sonra BYD səhmlərini satdı
Warren Buffettin rəhbərlik etdiyi "Berkshire Hathaway" artıq Çin elektrikli avtomobil nəhəngi BYD-də səhmdar deyil. Bu, 2008-ci ildə başlamış və ABŞ nəhənginə milyardlarla dollar qazandırmış sərmayənin sonu deməkdir.

"Berkshire Hathaway Energy" şirkəti martın 2025-dən etibarən BYD-dəki payın dəyərini sıfır kimi qeydə alıb. Bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənədlərdə əksini tapıb.

Qeyd olunur ki, "Berkshire"in çıxışı bazarda gözlənilən idi. Şirkət ilk dəfə 2022-ci ilin avqustunda BYD-dən 1,33 milyon səhm sataraq payını azaldıb. Daha sonra satışlar davam edib və pay 5%-dən aşağı düşdüyünə görə açıqlama məcburiyyəti də aradan qalxıb.

Bütün bunlara baxmayaraq, "Berkshire" bu sərmayədən böyük gəlir əldə edib. Şirkət 2008-ci ildə təxminən 230 milyon dollara 225 milyon səhm (10% pay) alıb. O zaman səhm qiyməti cəmi 8 Honq-Konq dolları idi. Hazırda isə BYD-nin bazar kapitallaşması 1 trilyon HKD-dən (təxminən 137 milyard ABŞ dolları) çoxdur.

BYD ötən il ilk dəfə satışlarda "Tesla"nı geridə qoyub. Lakin şirkət hazırda ciddi rəqabət və Pekinin qiymət endirimlərinə qarşı narazılığı ilə üzləşir. Deutsche Bank-ın proqnozuna görə, BYD 2025-ci ildə 4,7 milyon avtomobil satacaq, bu da hədəflənən 5,5 milyon göstəricidən aşağıdır. Morningstar analitikləri isə 4,8 milyonluq satış gözləyir.
m.haber7.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru