Bioloji silah təhlükəsi: Süni İntellekt təbiətdəkindən qat-qat güclü virus yaratdı

Bu gün, 16:08           
Bioloji silah təhlükəsi: Süni İntellekt təbiətdəkindən qat-qat güclü virus yaratdı
Alimlər süni intellektdən istifadə edərək DNT viruslarını hazırlayıb və təəccüblü nəticələr əldə ediblər. Aparılan tədqiqatda yaradılan 302 virus nümunəsindən 16-sı bağırsaq çöpü bakteriyalarını məhv etməkdə təbii viruslardan daha effektiv olub.

Bu barədə "Bio Rxiv" portalı xəbər verir.

Bildirilir ki, bu kəşf elmi baxımdan böyük əhəmiyyət kəsb etsə də, tədqiqatçılar ciddi narahatlıqlarını gizlətmirlər. Ekspertlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə yeni növ bioloji silahların hazırlanmasına yol aça bilər və bunun nəticələri təhlükəli ola bilər.

Alimlərin sözlərinə görə, süni intellektin bioloji tədqiqatlarda istifadəsi insan sağlamlığı və təhlükəsizliyi baxımından ciddi etik və hüquqi suallar doğurur. Bu səbəbdən gələcəkdə texnologiyanın nəzarətsiz istifadəsi ciddi risklər yarada bilər.

Bu kəşf həm elmi inqilab, həm də potensial təhlükə kimi qiymətləndirilir və dünya alimlərini biotexnologiya sahəsində yeni nizamlayıcı addımlar atmağa vadar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru