ABŞ-dan Ukraynaya 36 milyonluq jest: Hərbi müqavilələr nə vəd edir?

Dünən, 15:24           
ABŞ-dan Ukraynaya 36 milyonluq jest:
ABŞ Ukrayna ilə ümumi dəyəri 36 milyon dollar olan iki hərbi müqavilə imzalayıb.
Bu barədə “RİA Novosti” Pentaqonun bəyanatına istinadla məlumat yayıb.
Pentaqon bildirib ki, Kiyev Amerikanın “Sierra Nevada Corp” şirkəti ilə dəyəri təxminən 15 milyon dollar olan ilk müqaviləni imzalayıb. Müqavilə Ukrayna Hərbi Dəniz Qüvvələrinə əks-dron proqramının həyata keçirilməsində yardımı nəzərdə tutur: Şirkət Şərqi Avropada yerləşdirilən sistemlərə texniki dəstək vermək üçün ekspertlər təqdim edəcək.
Eyni zamanda “Knight’s Armament Co” şirkəti ilə daha bir müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Ukrayna Silahlı Qüvvələri 2027-ci ilə qədər 21,3 milyon dollar dəyərində “M110” snayper tüfəngləri alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru