İran ABŞ-nin hücumundan sonra gizli hərbi obyektin tikintisini sürətləndirib
Dünən, 11:14
İran son aylarda İsfahan vilayətində Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib.
Teleqraf xəbər verir ki, bu iddia ilə “The Washington Post” peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, “məqsədi bilinməyən” obyektin tikintisi ABŞ-nin İranın üç nüvə obyektinə zərbə endirməsindən sonra sürətlənib. Qeyd edir ki, bu obyektlərdən biri Natanzda Kolanq dağının yaxınlığında yerləşir və burada tikinti 2020-ci ildən başlayıb.
Nəşr İran rəhbərliyinin əvvəllər bu qurğunun uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalı üçün istifadə oluna biləcəyini bəyan etdiyini qeyd edib. Bununla belə, qəzetin istinad etdiyi ekspertlər hesab edirlər ki, bu qurğu birbaşa uranın zənginləşdirilməsi və ya saxlanması üçün istifadə oluna bilər.