Almaniya kosmosdakı təhlükəsizlik sisteminə 35 milyard avro xərcləyəcək
Dünən, 12:08

Almaniya kosmosda öz təhlükəsizlik sistemini yaratmağa hazırlaşır.
Müdafiə naziri Boris Pistorius bu barədə Berlində keçirilən Alman Sənaye İttifaqının Kosmos Konqresində danışıb.
Nazir bildirib ki, hökumət 2030-cu ilədək peyk şəbəkələri, yer stansiyaları və Bundesverin ayrıca hərbi peyk idarəetmə mərkəzinə 35 milyard avro investisiya yatıracaq: "Kosmosa heç bir sərhəd və qitə yoxdur. Orada bizim birbaşa qonşularımız Rusiya və Çindir".
Onun sözlərinə görə, Almaniyanın sistemləri artıq hücumlara məruz qalır: Bundesver tərəfindən istifadə edilən iki "IntelSat" peyki rus kəşfiyyat aparatları tərəfindən izlənilir. Pistorius qeyd edib ki, Çin kosmosda "dinamik yaxınlaşma manevrləri" həyata keçirir.
Özünü qorumaq üçün Almaniya radarlar, teleskoplar və orbitdə vəziyyəti izləyəcək sözdə gözətçi peyklər inkişaf etdirməyi planlaşdırır.
Nazir bildirib: "Biz təkcə müdafiə etməyə deyil, həm də maneə törətməyə hazır olmalıyıq. Bu o deməkdir ki, kosmosda hərbi üsullarla hərəkət etmək imkanına malik olmalıyıq".
Pistorius həmçinin, yüngül raketlərdən dünya bazarında rəqabət apara bilən ağır daşıyıcılara qədər müstəqil Avropa raket sistemlərinin zəruriliyini vurğulayıb.