Yaponiyada "ictimai tənhalıq" qeyri-adi hadisələrin yaşanmasına zəmin yaradır: Ana öz qızını 20 il gizlədib

Dünən, 11:34           
Yaponiyada "ictimai tənhalıq" qeyri-adi hadisələrin yaşanmasına zəmin yaradır:
Yaponiyada inanılmaz və dəhşət doğuran bir hadisə baş verib. Ölkənin İbaraki bölgəsinin Ami qəsəbəsində yaşayan 75 yaşlı bir qadın, ölmüş qızının cəsədini düz 20 il ərzində evindəki dondurucuda saxladığını etiraf edib.
Bizimyol.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Keiko Mori adlı qadın çərşənbə axşamı bir qohumu ilə birlikdə polisə gedərək, qızının cəsədini illərdir gizlətdiyini bildirib. Onun sözlərinə görə, qızının adı Makiko olub və 1975-ci ildə dünyaya gəlib.

Keiko Mori açıqlamasında: “Qızım 20 il əvvəl dünyasını dəyişdi. Cəsədin iyinin bütün evi bürüməsindən narahat oldum, bu səbəbdən bir dondurucu aldım və cəsədi ora yerləşdirdim”, - deyib.

Etirafdan sonra polis əməkdaşları Mori ilə birlikdə evə baxış keçirib və dondurucuda başı aşağı və diz çökmüş vəziyyətdə bir qadın cəsədi aşkar ediblər. Cəsədin uzun müddət keçdiyi üçün ciddi şəkildə çürüdüyü və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizanın aparılacağı bildirilib.

Hazırda Keiko Mori polis tərəfindən saxlanılıb və istintaq davam etdirilir.

Yaponiyada bəzən bu cür qeyri-adi hallarla rastlaşmaq mümkündür. İctimai tənhalıq (hətta “kodokushi” — tək ölüm fenomeni kimi tanınır) və yaşlı əhalinin artması bu tip hadisələrin əsas səbəblərindən biri hesab edilir. İnsanların psixoloji çöküşə uğraması və yaxınlarını itirdikdən sonra travma yaşaması bəzi hallarda onları bu cür dəhşətli və anlaşılmaz addımlar atmağa sürükləyə bilir. Bu hadisə də Yaponiyada sosial və psixoloji problemlərin bir göstəricisi kimi cəmiyyətin diqqətini çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru