Rusiya-ABŞ danışıqlarının üçüncü mərhələsi keçiriləcək – Vaxtı açıqlandı
Bu gün, 00:35
Rusiya və ABŞ bu payız üçüncü danışıqlar raundunu keçirməyə razılıq əldə edib. Bu görüşdə iki ölkə arasındakı münasibətlərdəki gərginlik yaradan məsələlər müzakirə olunacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz vizalar, səfirliklərin fəaliyyəti, ABŞ-da müsadirə edilmiş Rusiya diplomatik əmlakı və digər gündəlik diplomatik məsələlər üzrə dialoqu davam etdiririk. Artıq iki raund keçirilib və üçüncünü ABŞ dövlət katibi Marko Rubio ilə bu payızda keçirməyi razılaşdırmışıq”, – Lavrov bildirib.